ABŞ Kubaya qarşı sanksiyaları ləğv etməlidir – BMT

Kubaya qarşı ABŞ sanksiyaları koronavirus pandemiyası şəraitində dərman, tibbi qurğular almağa mane olduğu üçün ləğv edilməlidir.

Sozcu.az xəbər verir ki, bu iddia ilə BMT-nin İnsan Haqları Şurasının 7 xüsusi məruzəçisi çıxış edib.

“Biz ABŞ-ın ticarət baryerlərinin yaradılmasına yönəlmiş bu tədbirləri ləğv etməyə çağırırıq. Bu, koronavirus pandemiyası şəraitində dərman, tibbi qurğular almağa mane olur”, – deyə xüsusi məruzəçilər bildiriblər.

Facebook Comments