Putin qeyri-iş günlərinin sayını artırdı

6-8 may Rusiyada qeyri-iş günləri elan edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya lideri Putin koronavirusla bağlı video-konfransda danışıb.

“Qarşıda ardıcıl may bayramları var. Ancaq onların arasında 6, 7 və 8 may iş günləridir. Biz bilirik ki, adi vaxtlarda belə həmin günlərdə çoxları işləmirdi – məzuniyyət götürür və yaxud işdən yayınırdılar. İndi isə risk etməyə dəyməz. Ona görə də 6, 7 və 8 mayın maaşlar ödənilməklə qeyri-iş günləri elan edilməsini doğru sayıram”, – Putin bildirib.

Facebook Comments