Azərbaycanda 11-ci sinif şagirdi velosipedlə dərəyə aşaraq öldü

Goranboyda gənc oğlan ehtiyatsızlığın qurbanı olub.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, 11-ci sinif şagirdi velosipedlə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb.

Ağır xəsarət alan oğlan xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır. /Report

Facebook Comments