Vətən eşqi maya kimidir, südü xarab olanlarda tutmaz!

Son günlər ölkəmizə qarşı mənfi fikir formalaşdırmağa çalışan güc mərkəzi tərəfindən idarə olunan bir qurup insanlar, Qarabağlılara qarşı böhtan xarakterli eyni zamanda məntiqə siğmayan fikirlər səsləndirirlər.

Təyyarə uçuşunda yüngül hava boşluğunda titrəyişdən qorxan insan, ekran arxasında özünü qəhraman kimi göstərməyə çalışır. Biz birmənalı bilməliyik ki, insan dəmirdən və daşdan deyl. Onda qorxu-stress halları ola bilər. Düşünək ki, Qarabağ döyüşləri zamanı dinc əhaliyə necə zülm etdilər, yüzlərlə insan öldürüldü, bu top tank güllə səsindən bu depresiya altında bu insanlar böyük ürəyə və cəsarətə malik olublar ki, ona qarşı gələ biliblər.

Cənablar, sualim sizədir, siz nə edərdiz?!

Azərbaycan bir candır! Canın hansı tərəfinə mikrob virus düşsə onun hər bölgəsinə təsir göstərir. Lakin mikrobun hesaba almadığı məqam var, bu cana – Azərbaycana İlahi elə özünü bərpa etmə funksiyası verib ki, digər bölgələr aktivləşib ağri mərkəzi ilə birlikdə o mikrobu birdəfəlik candan dəf edəcək.!

Qarabağ eşqi ilə hər gününü başlayıb, Qarabağa dönəcəm eşqi ilə yaşayan insanımız qurur mənbəyimizdir.

Elbrus Hüseynov Zəngilanın Sobu kəndindəndir, müəllimdir. Hər dəfə şagirdlərlə və dostlarla söhbətində işğalda olan torpaqlarımız haqqında danışmaqdan yorulmur . Elşən bəyi az müddətdir tanısam da, vətən eşqi ilə tutuşan bu mərd oğlan Kəlbəcərdəndir. Elşən bəy hər addımında, hər işində Kəlbəcəri canlandırır.

Rafiq müəllim – 70 yaşlı bu insanda Laçın eşqi, Qarabağa məhəbbəti o böyüklükdədir ki, kaş onu görə biləsiz.

Ön yarqını kənara qoyub, o insanların gözündən baxmaq lazımdır məsələyə. Ata -babalarının izi o yerlərdə qalan insanın gözündən baxaq. Bir olaq birlik olaq!

Sübhan Ağasəfli, “Ağsu Ziyalıları və Fəal Gənclər” İctimai Birliyinin sədri 

Facebook Comments