Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık ilçəsində 3,6 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 20:58-də qeydə alınıb.

Zəlzələnin episentri 6,13 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Facebook Comments