Uşaqlar arasında xəstəlik yayıldı, xəbərdarlıq edildi

İngiltərədə uşaqlar arasında yayılan yüksək temperatur narahatlığa səbəb olub.

Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti yazıb.

Bildirilir ki, xəstəliklə bağlı ölkənin Milli Səhiyyə Sistemi hərəkətə keçib.

Son 3 həftə ərzində başda London olmaqla, xəstəlikdə artım qeydə alınıb. Bu xəstəliyin reanimasiya şöbəsində müalicə olunmasının vacibliyi vurğulanıb.

Xəstəlik şiddətli qarın ağrısına, həzm sistemi problemlərinə, dil və dəridə səpkilərə yol açır. Bundan başqa şişkinlik və nəfəs almaqda çətinliklər yaradır.

Məlumata görə, xəstəliyə yoluxanlar arasında korona analizləri neqativ çıxanlar da var.

Sözügedən xəstəliklə əlaqədar İngiltərədə həkimlərə xəbərdarlıq olunub.

Facebook Comments