Arutunyanın müşaviri: “Cəbhədə yaranmış vəziyyət çox gərgindir…”

Moderator.az news.am-a istinadən xəbər verir ki, Qarabağda qondarma rejimin lideri Arutunyanın təhlükəsizlik məsələləri üzrə müşaviri Tiqran Abramyan Feysbuk səhifəsində “ötən həftə ərzində cəbhə bölgəsində atəşin sayı kəskin şəkildə artıb” yazaraq təşvişini ifadə etmiş olub.

O xüsusi olaraq vurğulayıb ki, “aprelin 19-dan 25 –nə kimi müxtəlif kalibirli silahlardan ön cəbhədə qarşı tərəfdən bizim mövqelərə 3500- dəfə atəş açılıb. Sonuncu dəfə belə böyük rəqəmin olduğu yadıma gəlmir. Birmənalı şəkildə atəşin sayı kəskin artıb.

Əgər düşmənin pilotsuz aparatlarının uçuşlarını və biz tərəfdən onlardan birinin vurulmasnı, ön xəttdə aviasiya uçuşlarının çoxalmasını nəzərə alsaq, Azərbaycanın fəallaşmasının ümumi mənzərəsi çox aydın görünür.

Buna Azərbaycan tərəfinin ön xətdə yeni mühəndis infrastrukturlarının yaradılmasını əlavə etsək, yaranmış vəziyyətin gərginləşdiyi bir daha məlum olur…

Sozcu.az

Facebook Comments