“Milləti ələ salmayın,qaytarın işğalda qalmış torpaqları” – Təşkilat sədri

İlqar Əli  
“Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi” İB-nin sədri

Dövlət vətəndaşı alçaltmaz, onu ələ salmaz.
Dövlət vətəndaşın qayğısına qalar.Bu hakimiyyətin yürütdüyü siyasət, millətin az-çox qalan hissiyatı ilə oynamaqdır.
Necə yəni, sən 33 manat müavinət alırsan, sənə dövlətin ayırdığı 190 manat birdəfəlik yardım şamil olunmur?
33 manatla evdə heç pişik də saxlamaq olmaz.
Nədi bu millətin dəyəri heç pişik qədər də olmadı?
27 ildir bu millətə məxsus dövlətin sərvətin yediz dağıtdız, indi bir ay ona qayğı göstərmək sizə bu qədərmi ağır gəldi?
Bu millət, sizin onu ələ salacaq qədər 190 manatın acı deyil.
Əgər dövlətin öz torpaqlarını azad etmək fikri olarsa, sizin bu bir ay ərzində millətə sırıdığınız tula payını mən sizə qaytarmağa hazıram.
Nəzərə alınki, vətəndaşlar üçün nəzərdə tutduğunuz 190 manatlar, bir məmurun, bir ay ərzində arvadına xərclədiyi qədər deyil.
Odur ki milləti ələ salmayın. Onun hissiyatı ilə oynamayın.
Yaxşı olarki o 190 manatı özünüzə saxlayın, millətin Qarabağda itirilmiş qürurunu özünə qaytarın!
Qaytarın işğalda qalmış torpaqları.
Bax o halda bu millət sizə öz yardımını edəcək

Facebook Comments