Bu şəxslər “ASAN Xidmət”ə buraxılmayacaq

“Qabaqcadan növbə götürməyən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə buraxılmayacaq. Bütün görülən tədbirlər vətəndaşların rahatlığı üçündür”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, karantin müddətində “ASAN xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib:

“Eyni zamanda SMS icazə vasitəsi ilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub. Gündəlik təxminən 1 milyon civarında SMS qəbul edirik. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır və işlərini həll edir. Nazirlər Kabinetinin qərarı ilə icazə müddəti 2 saatdan 3 saata artırılıb. Eyni zamanda 2 kodu vasitəsi ilə əlavə olaraq “ASAN xidmət” üzrə xidmətləri əldə edə biləcəklər. Vətəndaş “ASAN xidmətə gəlmək istəyirsə, birinci növbə götürsün, sonra evdən çıxmaq üçün icazə alsın. Bu, vətəndaşın vaxtının idarə edilməsi üçün vacibdir”.

Facebook Comments