Dünya müharibələri, “İspan“ qripi, indi də…

Belçikanın Oostende əyalətində yaşayan Oktavie De Truck adlı qadın müalicə olunaraq koronavirusa qalib gəlib.

Sozcu.az xəbər verir ki, 2 həftə öncə koronavirusa yoluxduğu aşkarlanan 103 yaşlı qadın möcüzəvi şəkildə sağalıb, lakin onun ömrü boyu keçirdiyi tək çətinlik bu virus olmayıb.

Belə ki, yaşlı qadın Birinci Dünya müharibəsi dövründə dünyaya gəlib və təbi ki İkinci Dünya müharibəsinin də şahidi olub. O, həmçinin Avropaya ciddi şəkildə mənfi təsir göstərən “İspan qrip”i zamanından da sağlam bir şəkildə çıxmağı bacarıb.

Son olaraq koronavirusdan sağalan Oktavie De Truck həyatı boyu bu cür çətinliklərdən keçmməsi və hər birindən üzü ağ çıxması insanların marağına səbəb olub. /Unikal.org

Facebook Comments