Bu ölkələr Çinə olan borclarını açıqlasın – ABŞ

ABŞ inkişafda olan ölkələrdən Çinə olan borclarını açıqlamağı tələb etməlidir.

Sozcu.az xəbər verir ki, bu sözlər 16 amerikalı senatorun ABŞ Dövlət katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçinə göndərdiyi məktubda yer alıb.

Məktubda Çin kreditlərinin çox hissəsinin ictimaiyyətə açıqlanmaması şərti ilə verildiyi bildirilib. İnkişafda olan ölkələrin Çindən aldığı borcun 50%-nin Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun statistikasında nəzərə alınmadığı vurğulanıb.

Facebook Comments