“Əkinçiliklə, heyvandarlıqla məşğul olun” – Aslan İsmayılovdan ÇAĞIRIŞ

“Son dövrlər daha çox necə Avropaya getmək üçün verilən suallar idi. Onların da hər birinə yazırdım ki, Avropaya getmək üçün çalışmayın, yaxın zamanlarda əksinə oradan Azərbaycana köç başlayacaq. İndi onlardan biri mən yazıb ki, o vaxtlar sizi dinlədim, getmədim və Bakıda bir kafe açdım. İşim koronavirusa qədər çox yaxşı gedirdi. İndi yenə bir tikə çörəyə möhtacam, nə məsləhər bilirsiniz”.

Sozcu.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Həmin şəxsə yazdığımı indi çoxları üçün bölüşürəm. Həmin şəxsə yazdım ki, imkanınız varsa kənd rayonlarının birində kənd təsərrüfatı ilə bağlı bir iş açın, əkinçiliklə, heyvandarlıqla məşğul olun. Koronavirusdan sonra uzun müddət ən böyük tələbat qida məhsullarına olacaq. Əminəm ki, indi bu sahədə iş quranlar uduzmayacaq” – A.İsmayılov qeyd edib.

Facebook Comments