Məhəmməd Peyğəmbərin dediyi sözlər ABŞ-da gündəm oldu

Yeni növ koronavirus səbəbilə ölənlərin və yoluxanların sayının durmadan artıdığı ABŞ-da Məhəmməd Peyğəmbərin pandemiya barədə dediyi sözlər xatırlanıb.
Sozcu.az xəbər verir ki, COVİD-19 səbəbilə dünyada ən çox insanın dünyasını dəyişdiyi ABŞ-da koronavirusla mübarizədə Məhəmməd Peyğəmbərin pandemiya barədə dediyi sözlər iri reklam lövhələrinə yerləşdirilib. Həmin ifadələr belədir: “Bir yerdə vəba və ya bənzəri hər hansı yoluxucu xəstəlik olduğunu eşitdiyiniz vaxt, o yerə getməyin. Əgər olduğunuz yerdə belə bir xəstəlik varsa oradan da çıxmayın”. Lövhədə həmçinin insanların gigiyena qaydalarına əməl etmələrinin vacibliyi də vurğulanıb.

Qeyd edək ki, bu gün etibarilə ABŞ-da yeni növ koronavirus səbəbilə 41 min 837 nəfər dünyasını dəyişib, 784 min 201 nəfər isə həmin xəstəliyə yoluxub.yeniavaz.com

Facebook Comments