İranda şok: Yüz minlərlə cücə diri-diri basdırıldı – Video

İranda yüz minlərlə cücə diri-diri torpağa basdırılıb.

Sozcu.az xəbər verir ki, buna səbəb ölkədə toyuq ətinə tələbatın azalması göstərilir.

Sosial şəbəkələrdə yayılan görüntülər etiraza səbəb olub.

Digər tərəfdən, “Bir Günlük Toyuq İstehsalçıları Birliyi” sabaha qədər ölkədəki bütün cücələrin məhv ediləcəyini açıqlayıb.

Məsələ ilə bağlı açıqlama verən İranın Kənd Təsərrüfatı nazirinin müavini Mürtəza Rzayi yeni tip koronavirusa görə toyuq əti satışının azaldığını bildirib:

“Buna görə cücə istehsalına məhdudiyyət qoyulub. Çox təəssüf ki, bazarda toyuq ətinin qiymətinin ucuzlaşmasına görə cücə istehsalı ilə məşğul olanlar artıq cücələri məhv etmək məcburiyyətində qalırlar. Cücələrin məhv edilməsi dünyada quşçuluq sənayesində təbii proses sayılır”.axar.az

Facebook Comments