“AXCP üzvlərinə qarşı olan təzyiqləri qətiyyətlə pisləyirəm” – Müsavat başqanı

“Azərbaycan hakimiyyəti, epidemiya dövrünü pis əməllər üçün yox, xoş məramlar üçün fürsət bilmək, çağrışımı qəbul etmədi. Sərt qadağalara, repressiv tədbirlərə üstünlük verdi”.

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

Əhaliyə yetərli sosial yardımın edilmədiyi, orta və xırda biznesin xilası üçün lazımi tədbirlərin görülmədiyi şəraitdə yüksək cərimələr və həbslər davam edir.

Son məlumata görə karantin qaydalarına əməl etməmək adı ilə 250-dən çox həbs olunan var. Bu dövrdə, xüsusilə siyasi müxalifətə qarşı repressiv tədbirlər həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən böyük narazılıqla qarşılanır.
Tofiq Yaqublunun qondarma ittihamlarla həbs edilməsi, bunun ardınca bir çox siyasi fəllara, jurnslustlərə, AXCP üzvlərinə, xüsusilə Əli Kərimliyə yaxın olan partiya üzvlərinə və şəxsən onun özünə qarşı olan təziqləri qətiyyətlə pisləyirəm. Azərbaycan hakimiyyətini cəmiyyətdə qarşıdurma yaradan addımlardan çəkinməyə, siyasi təqiblərə son qoymağa çağırıram.

Facebook Comments