Bakıda polis maşınının üzərində pivə içən gənc həbs edildi

Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Sozcu.az-ın xəbərinə görə, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Facebook Comments