Almaniya şokda: Koronadan bir gündə 300-ə yaxın insan öldü

Almaniyada sutka ərzində yeni tip koronavirusdan 299 nəfər ölüb.

Sozcu.az xəbər verir ki, ümumilikdə ölkə üzrə pandemiyadan həyatını itirənlərin sayı 4 min 52 nəfərə çatıb, 137 min 698 nəfər isə virusa yoluxub.

Bununla Almaniya pandemiyaya yoluxma sayına görə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ötən gün ölkə üzrə koronadan 315 nəfər ölmüşdü. Bu da Almaniyada təşvişə səbəb olub.

Facebook Comments