Jurnalistlərin binasında elektrik enerjisi kəsildi

Bu gün səhər saatlarında “Jurnalistlərin binası”nda elektrik enerjisinin təchizatı dayanıb.

Məlumatı Axar.az-a təsdiq edən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, kəsintiyə səbəb texniki qəzadır:

“Səbail rayonu ərazisində “Azərişığa”a məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enerjisinin təchizatı dayanıb.

Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində “Jurnalistlərin binası”dır. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Sozcu.az

Facebook Comments