Təzə “prezident” Kəlbəcərdə SES tikintisini bərpa etdirdi…-FOTO

Biz 2016-cı ildə yarımçıq qalmış hücum əməliyyatlarını bərpa etməsək, işğalçıların torpaqlarımızdakı heç bir işini durdura bilməyəcəyik…

Qarabağda keçirilmiş qanunsuz “seçki”lər nəticəsində keçmiş “dövlət naziri” Araik Arutyunyanın “prezident” “seçilməsi”ndən sonra separatçı erməni rejiminin torpaqlarımızda bir müddət əvvəl başlatdığı kiçik su elektrik stansiyalarının tikintisi bərpa edilib.

Sozcu.az xəbər verir ki, bu haqda Kəlbəcərdə Tərtər çayı üzərində, eləcə də Azərbaycanın işğal altındakı digər bölgələrində yeni SES-lər tikilməsinə etiraz olaraq yanvar ayında bir müddət aclıq edən erməni politoloq Aleksandr Kananyan sosial şəbəkədəki paylaşmasında məlumat verib.

Məlumatda deyilir:

“Qarabağın “yeni seçilmiş” prezidenti Araik Arutyunyanın “dam”ı altında fəaliyyət göstərən “Msmetsi Tsigo” kimi tanınan iş adamı Kəlbəcərdə Tərtərçay üzərindəki SES-də qanunsuz tikinti işlərini bərpa etdi. Beləliklə, Qarabağ hökuməti ilə kiçik su elektrik stansiyalarında tikinti işlərinin dayandırılması ilə bağlı əvvəllər əldə edilmiş razılaşmalar pozuldu. Fövqəladə vəziyyətdə ümumerməni müqavimət çağırışı təsirli olmayacaq. Belə ki, Qarabağ və Ermənistanın digər bölgələrinin sakinləri hərəkət məhdudiyyətləri səbəbindən Kəlbəcərə gedə bilməyəcəklər. Beləliklə, Qarabağın cinayətkar rejimi öz əlləri ilə yaxınlaşan inqilabi perspektivə təkan verir. Qarabağ hökumətindən izahat tələb etdikdən sonra sabah əsaslı bir açıqlama verəcəm…”

P.S. Biz də 2016-cı ilin aprelində yarımçıq qalmış hücum əməliyyatlarını bərpa etməsək, işğalçıların torpaqlarımızdakı heç bir işini durdura bilməyəcəyik…moderator.az

Facebook Comments