Əfsanəvi Titanik gəmisinin batdığı gündür – Gəmi haqda bilmədiklərimiz

Dillərə dastan olan əfsanəvi «Titanik» haqqında yüzlərlə fikir yazılıb pozuldu. Faktlar isə bunlardır:

1912-ci ilin 14 aprel tarixində Titanik gəmisi aysperq ilə toqquşub batdı.
Titanik 26 aya inşa edilmişdir. Bu müddət ərzində 8 işçi dünyasını dəyişdi, 246 nəfər işçi isə müxtəlif xəsarətlər aldı.

Gəminin tikilməsinə $7,5 milyon vəsait xərclənmişdi. 1997-ci ildə çəkilmiş filmə isə $200 milyon.

Morqan Robertson 1898-ci ildə «The Wreck of the Titan: Or, Futility» adlı hekayə yazmışdır. Hekayə Titan adlı gəminin aprel ayında aysberq ilə toqquşaraq batması haqqındadır. Morqanın hekayəsi həyatda öz əksini tapdıqdan sonra bir çoxları yazıçının uzaqgörən olduğunu düşünməyə başladı. Belə ki, ehtiyat qayıqlarının çatışmamazlığı və ölülərin sayı daxil olmaqla, hekayə və həqiqət arasında oxşarlıq çox idi.

Gəmidə 12 it səyahət edirdi. Onlardan üçü sağ qaldı.

Gəminin qalıqları fəlakətdən 73 il aşkar edildi.

Titanik ilə toqquşan aysberq təxminən 2000 il əvvəl yola çıxmışdır.

Titanikin 30 mexanikindən heç biri sağ qalmadı. Gəmi batan zaman onlar hələ də onu xilas etməyə çalışırdı.

Gəmi sərnişinləri arasında 13 cütlük bal ayında idi.

Titanikdən başqa heç bir gəmi aysberq ilə toqquşaraq batmamışdır.

Hershey’s Chocolate World fabrikinin yaradıcısı Milton Snavely Hershey vacib görüşləri çıxdığı üçün biletini son anda qaytarmışdır.

Nəhəng gəmi 2 saat 40 dəqiqə ərzində batmışdır.

Gəmi batarkən okrestr ifa etməyə davam edirdi. İfaçıların heç biri xilas ola bilmədi.
Titanik inşa edilən zaman fövqaladə hallar üçün 48 qayıq nəzərdə tutulmuşdur. Bu sayda qayıq sərnişin və işçilərin xilas olması üçün kifayət edəcəkdi, lakin gəminin sahibi qayıqların çox yer tutduğunu və gəminin xarici görünüşünü pozduğunu deyərək, qayıqların sayını azaltmağı tələb etdi. Bu səbəbdən də fəlakət zamanı gəmidə cəmi 20 qayıq var idi.

Facebook Comments