Türkiyədə yenidən komendant saatı tətbiq olunur

Türkiyədə komendant saatı yenidən tətbiq olunacaq.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Vətəndaşların küçəyə çıxmaq qadağası aprelin 17-si axşam saatlarında başlayacaq, 19-u gecəyə qədər davam edəcək. Ehtiyac olarsa, növbəti həftələrdə bu qadağa yenidən tətbiq olunacaq”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyədə insanların küçəyə həftə sonlarında daha çox çıxması nəzərə alınaraq, şənbə və bazar günləri komendant saatının tətbiqi müzakirə edilirdi.

Facebook Comments