Bakıda yeni doğulmuş körpədə və anasında koronavirus aşkarlandı – VİDEO

Təcili yardım briqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Xəzərxəbər-ə açıqlamasında bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Facebook Comments