OPEC bu gün toplanır

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və OPEC+ ölkələrinin nazirləri onlayn formatda görüşəcəklər.

Energetika Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, görüş OPEC və OPEC+ ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur.

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən OPEC+ ölkələrinin nazirləri qatılacaq. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, 9 apreldə OPEC və OPEC+ ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.

Facebook Comments