18 yaşına qədər hər kəsə 100 manat… – TƏKLİF

“Bu gün bütün dünya, o cümlədən də Azərbaycan çox böyük sıxıntı ilə üz-üzədi. Koronavirus pandemiyası səbəbindən iqtisadiyyatlar çökür, insanlar iş yerlərini itirir, dolanışıq səviyyəsi kəskin şəkildə aşağı düşür. Düşünürəm ki, pandemiya dövründən sonra belə iqtisadiyyatın dirçəlməsinə uzun zaman lazım olacaq və insanların maddi durumları daha da aşağı düşəcək”.

Sozcu.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

“O baxımdan Azərbaycan dövləti təcili şəkildə uşaqpullarının verilməsi prosesinə başlamalı, 18 yaşına çatmamış hər bir uşağa 100 manat müavinət verməlidir. Bu müavinətlərin verilməsi ilə dövlət eyni zamanda hər bir ailəyə yardım etmiş olar və həmin ailələrin sıxlntılarını nisbətən qarşılaya bilər” – Partiya sədrinin müavini qeyd edib.pravda.az

Facebook Comments