Əfqanıstan həbsdə olan talibləri azadlığa buraxdı

Əfqanıstan Prezidenti Əşrəf Qəninin sərəncamı ilə Taliban terror qruplaşmasının həbsdə olan üzvlərinin növbəti partiyası azad edilib.

Sozcu.az xəbər verir ki, bu barədə “Tolo Nyus” telekanalı məlumat yayıb.

Məlumata görə, 100 nəfər talib azadlığa buraxılıb. Çərşənbə və cümə axşamı günləri də Əfqanıstan hökuməti həbsdə olan Taliban terrorçularının bir hissəsini azad etmişdi.

Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və Taliban terror qruplaşması arasında razılaşma imzalanmışdı. Razılaşmada həbsdə olan terrorçuların Əfqanıstan hökuiməti tərəfindən azadlığa buraxılması şərti də qeyd olunmuşdu. Bir neçə gün əvvəl Taliban Əfqanıstan hökumətini məhbusların azadlığını gec təmin etməkdə günahlandırmışdı.

Facebook Comments