“Yoluxma”dakı səhnələri yaşayırıq, ancaq… – Professor

Dünya koronavirusa anidən yaxalandı və xalqları deyil, kapitalizm sistemini xilas etməyə çalışırlar.

Sozcu.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli professor Taner Timur çıxış edib.

Timurun sözlərinə görə, bəşəriyyəti gözləyən hadisələrdən bəhs olunan romanlar, filmlər ərsəyə gətirilsə də, heç kim belə sürətlə virusun yayılacağını gözləmirdi:

“Bunun gözlənilən bir böhran olduğunu söyləmək çətindir. Daha əvvəl oxşar, lakin daha yumşaq böhranları yaşamışıq. Əslində elmi-fantastik filmlər çəkildi, romanlar yazıldı. Soderberqin ‘Yoluxma” filmində bənzər bir neçə səhnə var. Ancaq heç kim virusun bu şəkildə, bu sürətlə yayılacağını gözləmirdi. Buna görə öncə bu qədər ciddi qəbul edilmədi. Ancaq bir neçə ay sonra dünyada ciddi tədbirlər görüldü. Ehtimal olunur ki, iqtisadi böhran sosial fəlakətdən daha böyük olacaq”.kult.az

Facebook Comments