Avropadaki ikiüzlü siyasətçilər Hitleri xatırladır – Papa

Pandemiya şəraitində daha çox dua edirəm. Ona görə ki, bunun vacib olduğunu hesab edirəm, insanlar haqqında düşünürəm.

Sozcu.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.

“Məni hər şeydən çox insanlar qayğılandırır. İnsanlar haqqında düşüncələr mənə eqoizmə düşməməyə kömək edir. Özümün hazırkı məsuliyyətim barədə düşünürəm”, – deyə o bildirib.

O, hazırkı pandemiyanın həm kasıblar, həm də zənginlərə aid olduğunu deyib:

“Məni müxtəlif siyasətçilərin böhrana qarşı müqavimət arzularıyla bağlı dedikləri, amma özlərinin silah istehsalını davam etdirmələriylə bağlı ikiüzlülüyü narahat edir. Bu gün Avropada siyasətçilərin populist çıxışları və bəyanatlarını eşidəndə Hitlerin 1933-cü ildəki çıxışını xatırlamamaq çox çətindir”.

Facebook Comments