15 yaşından 18 yaşınadək əmək qabiliyyətli olan uşağınız varsa bunu edin…

Dəyərli dostlar! Sizə daha bir tövsiyyəm var. Belə ki, 15 yaşından 18 yaşınadək olan nə qədər əmək qabiliyyətli uşaqlarınız, yaxınlarınız varsa, onların qanuni nümayəndələri, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərə kimi uşaqları Dövlət Məşğulluq orqanlarına aparıb işsiz kimi qeydiyyata aldırın. Bununla da işsizlər üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəməni aprel-may aylarına görə almaq imkanınız olacaq. Tədbirlər Planını hazırlayanlar bir az tələsib deyə, 15-18 yaşlı işsizlərə dair münasibət gostərməyi unudublar. Amma Siz gedin və övladlarınızın haqqını alın!

Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli Konvensiyasına uyğun olaraq, 1999-cu ildən əmək qabiliyyəti üçün minimum yaş dövrü 15 yaş səviyyəsində təsbit edilib. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 247-155-ci maddələrində də, 15 yaşdan 18 yaşadək olan əmək qabiliyyətli uşaqların mənafeyini əks etdirən hüquqi normativlər öz əksini tapmışdır.

Hüquq müdafiəçisi, Taleh Xasməmmədov.

Sozcu.az

Facebook Comments