“Bavariya” Müllerlə yeni müqavilə imzaladı – Rəsmi

“Bavariya” futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Münhen təmsilçisinin yetirməsi olan Müller 2007-ci ildən əsas komandada oynayır. O, bu mövsüm 25 oyunda 6 qol vurub, 16 qolun ötürməsini verib.qol.az

Facebook Comments