Türkiyə yeni hərbi əməliyyata hazırlaşır – Video

Türkiyə son bir ayda 80 terrorçunu məhv edib. Terror qruplaşmalarına qarşı əməliyyatlar bu gün də davam etdirilir.

Sozcu.az xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərindəki qoşunlarına hərbi dəstək göndərməsini şərh edərkən deyib. O vurğulayıb ki, bir neçə gün əvvəl PKK terror təşkilatı tərəfindən Türkiyə-İran sərhədində neft kəməri partladılıb:

“Bu, bir daha göstərir ki, Türkiyə heç bir halda antiterror əməliyyatlarını dayandırmamalıdır. Ankara istər ölkə daxilində, istərsə də ölkə xaricində aktiv hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar həm Türkiyənin, həm də regionun təhlükəsizliyinə xidmət edir”.

Politoloq deyib ki, Türkiyə terrorla mübarizə məsələsində İran və Rusiya ilə mühüm razılaşmalar əldə edib:

“Hazırda İdlibdə hərbi sursatın toplanması regionda yeni bir antiterror əməliyyatının başlayacağından xəbər verir. Türk ordusunun bu günə qədər istər İraq, istərsə də Suriyada apardığı hərbi əməliyyatların əsas mahiyyəti terrorla mübarizə olub. Yəni rəsmi Ankara heç vaxt hansısa rejimi devirməyi hədəfləməyib. Türkiyə regiona ciddi təhdid yaradan terrorçuların məhv edilməsini əsas vəzifə hesab edir”.

V.Zifəroğlu bildirib ki, Türkiyə və Rusiya arasında Suriya ilə bağlı razılaşmadan sonra “Bahar qalxanı” əməliyyatının başa çatdığı düşünülürdü:

“Lakin bu, səhv düşüncədir, çünki Türkiyə tərəfi belə bir açıqlama verməyib”.

Facebook Comments