Fransa geri addım atdı: Gərginlik bitdi

Fransa Lyonda ələ keçirdiyi tibbi maskaları bütövlükdə İsveçə geri qaytarıb.

Sozcu.az xəbər verir ki, bu barədə Fransanın “Le Ekspress” nəşri məlumat yayıb.

Bildirilir ki, tibbi maskaların ələ keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırdıq:

“Hökumətin geri addım atmasında xəbərin yayılmasının böyük rolu var”.

Qeyd edək ki, İsveçdə fəaliyyət göstərən “Mölnlycke” səhiyyə şirkəti Çindən İtaliya və İspaniyaya göndərmək üçün maska satın alıb. Martın 5-də şirkətin İtaliya və İspaniyaya göndərdiyi 4 milyon tibbi maskaya Fransa hökuməti Lyonda əl qoyub. İsveçin müdaxiləsindən sonra Fransa ilk öncə maskaların yarısının geri qaytarılmasına razılıq verib.

Qeyd edək ki, İtaliya və İspaniya yeni tip koronavirusdan ən çox ziyan görən ölkələr sırasında yer alır.

Facebook Comments