Netanyahunun siyasi taleyi həll olunur: Seçki başladı

İsraildə parlament seçkiləri start götürüb.

Sozcu.az xəbər verir ki, bu seçki nəticəsində yeni hökumət formalaşdırılacaq və yeni baş nazir təyin olunacaq.

6 milyondan çox vətəndaşın səs verəcəyi seçki yerli vaxtla saat 07:00-dan 22:00-a qədər davam edəcək.

120 yerli Knessetə 4 böyük partiya iddia edir.

Bu seçki indiki baş nazir, Likud Partiyasının lideri Benyamin Netanyahunun da karyerasını müəyyən edəcək. Netanyahu ya 5-ci dəfə hökumət başçısı seçiləcək, ya da bu postu keçmiş qərargah rəisi Benni Qantza təhvil verməli olacaq.(Axar.az)

Facebook Comments