“Ramazan ayı koronavirusun yaratdığı vəziyyəti müsbətə doğru dəyişəcək…”

“Çünki bütün müsəlmanlar daha inadla namaz qılıb, oruc tutub dua edəcəklər…”

“Müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları daha səy və inadla namaz qılıb, oruc tutub dua edəcəkləri üçün koronavirusun həyatımızda yaratdığı vəziyyətdə də müsbət dəyişiklik olacaq”.

Sozcu.az xəbər verir ki, bu fikri Tatarıstan Respublikasının “Əl-Mərcani” məscidinin imamı Mənsur Həzrət Calaləddin “Tatar-inform” müxbirinə müsahibəsində söyləyib.

“Müqəddəs Ramazan ayı, düşünürəm ki, mövcud duruma bir dəyişiklik edəcək, çünki bütün dünya ayağa qalxıb dua edəcək. Və Allah bizim dualarımıza cavab verəcəkdir” – deyə din xadimi bildirib.

Mənsur Həzrət pandemiyanın sona çatacağına və hamının bayıra çıxıb məscidlərdə toplanaraq namaz qılmaqla Ramazan bayramını keçirəcəyinə ümid edir.

Qeyd edək ki, inşalllah, bu il müqəddəs Ramazan ayının aprelin 25-də başlanacağı, mayın 24-25-də isə Fitr bayramı olacağı gözlənilir.moderator.az

Facebook Comments