Koronaviris təhlükəsi nə vaxt bitəcək? – Mübarizə iki aydan iki ilə qədər uzana bilər…

Görülən bütün tədbirlərə rəğmən koronavirus təhlükəsi sürətlə genişlənməkdə davam edir.

Sozcu.az xəbər verir ki, proseslərin tədricən bədbin və ümidsiz məcraya yönəldiyi bir məqamda mütəxəssislər epidemiyanın davam etmə müddəti ilə bağlı 4 fərqli ehtimal səsləndirməkdədir.

Birinci ehtimal epidemiyanın yaxın iki ay ərzində dayan biləcəyi ilə bağlıdır. Bu ehtimala ümid bəsləyən Harvard Xalq Sağlamlığı Məktəbində Epidemiologiya Prof. T. Chana, William Hanage bildirir ki, proseslər bu şəkildə cərəyan etsə, o zaman xəstəlik nisbətən yüngül formada davam edər və insanlarda tədricən toxunulmazlıq formalaşa bilər.

İkinci qisim mütəxəsislər xəstəliyin 3-4 davam edəcəyi qənaətindədir. Onların fikrincə, bu müddət ərzində sadəcə kimlərin bu virusa yoluxduğunu deyil, həm də fərqli immunitet sistemlərinin bu xsətəliyə verdiyi fərqli reaksiyanı müşahidə etmək olduqca vacibdir.

Üçüncü ehtimal tərəfdarlaır isə koronavirusun hələ 4-12 ay müddətində davam edəcəyi qənaətindədir. Yayın qrip üçün əlverişsiz mövsüm olduğuna diqqət çəkən mütəxəssislər, bunun koronavirus üçün də keçərli olacağı təqdirdə Şimal yarımkürəsi sakinlərinin “bir müddət möhlət ala biləcəkləri” fikrindədir.

Nəhayət, mütəxəssislərin dördüncü qismi prosesin bir ildən çox, hətta iki ilə qədər davam edəcəyi qənaətindədir. Onların fikrincə, peyvənd tapılmazsa, o zaman koronavirusla mübarizə uzunmüddətli ola bilər.

Bununla belə ekspertlərin qənaətincə, hər şey bəşəriyyətin koronavirusa qarşı aparacağı mübarizənin effektivliyindən asılı olacaq. Belə ki, koronavirusa qarşı təsirli preparatın yardılması bütün ehtimalları alt-üst edə, bu mübarizədə yeni bir səhifə aça bilər.moderator.az

Facebook Comments