Ter Ştegendən “Barselona” ilə müqavilə uzatmamağı istədilər

“Bavariya” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenlə danışıqları davam etdirir.

Sozcu.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, alman qapıçını Noyerin yerinə komandada görmək istəyən Münhen təmsilçisi ondan Kataloniya klubu ilə müqavilənin müddətini uzatmamağı istəyib.

Qeyd edək ki, Ter Ştegenin “Barsa” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Xatırladaq ki, “Bavariya”nın hazırkı qapıçısı Manuel Noyerlə 2021-ci ilin yayında başa çatacaq müqavilənin yeni müddəti ilə bağlı razılığa gələ bilmir.

Facebook Comments