Böyüklərə 1000, uşaqlara 500 dollar veriləcək – Koronavirusla mübarizə

ABŞ-da koronavirusla mübarizə çərçivəsində yetkinlik yaşına çatan şəxslərə 1000, uşaqlara isə 500 dollarlıq nağd pul dəstəyi həyata keçiriləcək.

Sozcu.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

“Ana-ata və iki uşaqdan ibarət dörd nəfərlik ailə üç min dollar alacaq. Konqres bu təklifi qəbul etdikdən üç həftə sonra ödənişlər veriləcək”.

Altı həftə sonra bir daha pul dəstəyi ediləcək. Əgər ölkədə fövqəladə vəziyyət davam edərsə, daha üç min dollar veriləcək”, – deyə S.Mnuçin qeyd edib.

Facebook Comments