İran dünən Şeytan dediyi ABŞ-a bu gün qardaş dedi

“Koronavirusla mübarizədə ABŞ-a dəstək vermək istəyirik”.

Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Prezident dünyanı cənginə alan koronavirusun ölkələr arasında qardaşlıq münasibəti yaratdığını bildirib: “Qardaşlaşma dönəmindən keçirik. Yeni tip koronavirusun öhdəsindən gəlməyin yolu birlikdən keçir”.

İranın səhiyyə naziri Əli Rza Rəisi də ehtiyac olacağı halda ABŞ-a tibbi dəstək verməyə hazır olduqlarını bildirib.

İndiyədək İranda 18400 nəfər koronavirusa (“Kovid-19”) yoluxub, 1200 nəfər isə həyatını itirib.

ABŞ-da 14549 yoluxma halı qeydə alındığı halda, 218 nəfər bu səbəbdən vəfat edib.

Teleqraf.com

Facebook Comments