Erkin Qədirli üzr istədi: “Arada qəzəbimi gizlədə bilmirəm…

“İsmayıl Cəlilova bu axşam verdiyim müsahibə tam bir rəzalət idi. Özümü siyasətçi saysaydım deyərdim ki, mən bir siyasətçi kimi məhv oldum. Amma mən özümü siyasətçi saymıram, ona görə də bu işə başqa gözlə baxıram- Mmən müsahibə verməyi bacarmıram. Verdiyim müsahibələr arasında yaxşısı yoxdur. Nisbətən biri digərindən yaxşı ola bilər, amma özlüyündə yaxşısı yoxdur”.

Sozcu.az xəbər verir ki, bunu REAL Partiyasının üzvü, deputat Erkin Qədirli deyib:

“Bu, tutduğum mövqedən, dediyim sözdən asılı deyil. Heç bir mövzuda müsahibə verməyi bacarmıram. Bu illər ərzində jurnalistlərdən qaçmağım elə-belə deyildi. Bu gün Azadlıq Radiosuna da bir müsahibə verdim. O da çox pis alındı, arada qəzəbimi gizlədə bilmədim. İsmayıl Cəlilovun müsahibəsinə isə tükənmiş çıxmışdım. Nə isə, paylaşmaq istəmirəm. Baxmaq istəyən özü tapar. Baxanlardan üzr istəyirəm”.

Facebook Comments