“Bakinternet” hökumətin qərarlarını sabotaj edir – MÖVQE

Tanınmış jurnalist Azər Sarıyev internetin sürətinin zəif olmasından şikayətlənib.

Sozcu.az-ın xəbərinə görə, A.Sarıyev qeyd edib ki, internet “yox” səviyyəsindədir.

““Bakinternet” bayram günü yenə əsəblərimizlə oynayır. Pandemiya təhlükəsinə görə hökumət məktəbləri bağlayaraq internet üzərindən dərs keçilməsi barədə göstəriş verir, qurumlara mümkün olarsa, idarəçiliyin internet üzərindən həyata keçirilməsi tövsiyə olunur, lakin internetin sürəti çox zəifdir, yox səviyyəsindədir. Bakinternet hökumətin qərarlarını niyə sabotaj edir?” – A.Sarıyev deyib.

Facebook Comments