Prezidentdən korona ilə bağlı sərəncam: 1 milyard ayrıldı

2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (KOVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Facebook Comments