İranın dini liderinin də karantinə alındığı deyilir – Koronavirusa görə

İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Seyid Əli Xamneinin koronavirusla bağlı karantinə alındığı bildirilir.

Sozcu.az – a daxil olan məlumata görə, İran rejimi məlumatı gizli saxlamağa çalışsa da, dini rəhbərin karantinə alınmasını xalqdan gizlədə bilməyiblər.

Xatırladaq ki, bir müddət öncə, İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri və Tehrandakı Məsix Daneşvair Xəstəxanasının müdiri Əli Əkbər Vilayəti koronavirus şübhəsi ilə karantinə alınmışdır.

İranda məşhur İslam alimlərindən Ayətullah Şubeyr Zəncaninin ofisinin nümayəndəsi koronvirusdan dünyasını dəyişib.

Zaur Ələkbərli

Facebook Comments