“Mançester Siti” – “Arsenal” oyunu təxirə salındı

İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Arsenal” oyunu yenə təxirə salınıb.

Sozcu.az liqanın saytına istinadən xəbər verir ki, bu dəfə belə bir qərar ehtiyat tədbiri olaraq verilib. Həmin görüş bu gün keçirilməli idi. Klublar “Olimpiakos”un sahibi Evenqelos Marinakisin koronavirusa yoluxmasından sonra bu qərarı veriblər.

13 gün əvvəl yunan klubu Avropa Liqasında “Arsenal”la qarşılaşıb. “Emireyts” stadionundakı həmin matç zamanı Marinakis London klubunun bəzi oyunçuları və nümayəndələri ilə görüşüb. Tibbi məsləhətdən sonra “Mançester Siti” və “Arsenal” mümkün riskin qarşısını almaq üçün matçın təxirə salınmasına qərar veriblər.

Premyer Liqanın bəyanatında bildirilib ki, digər oyunları təxirə salınmayacaq.qol.az

Facebook Comments