Prezidentin etirafı

Eldar Sabiroğlu

Milli Məclisin ilk iclasında prezident İlham Əliyevin çıxışındakı bir məqam cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilməlidir. Dövlət başçısı Prezident Administrasiyasında kök salmış bağışlanılmaz bir xəyanətin üzərindəki pərdəni götürərək ifşaedici faktı xalqa təqdim etdi. Əslində bu dövləti xəyanəti gecikdirmək olmazdı. Bu həm də Prezidentin özünə qarşı ciddi təxibat anlamına gəlir.

Administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyev sən demə, aparatda əməlli -başlı bazar açaraq şəxsi maraqlarının təminatı ilə məşğul imiş. Təsəvvür edin, bu adam nə qədər özünü toxunulmaz hesab edirmiş ki, hətta vəzifəli şəxslər barədə Prezidentin adına gələn şikayət məktublarını ya ondan gizlətmiş, ya da həmən adamın özünə təqdim etməklə ondan bunun əvəzini alırmış. Başqa nə fikirləşə bilərik?!

R.Mehdiyevin şikayət məktublarını Prezidentdən gizli saxlaması haqda söz-söhbətlər illər idi ki, ölkəni dolaşırdı. Rəsmi olaraq indi etiraf edildi. Doğrudur, cənab İlham Əliyev çıxışında konkret ad çəkməsə də, lakin bu biabırçılığın PA-da baş verdiyini tam çılpaqlığı səsləndirdi. Xəyanətin adı yoxdur. Xalqı dövlətdən narazı salan Ramiz Mehdiyevin əməllərindən hələ biri barədə danışıldı. Daha nələr var, onları da görə biləcəyik. Pul hərisinin Elmlər Akademiyasını da yaman günə qoyacağına əmin ola bilərsiniz

Facebook Comments