İlqar Məmmədovdan növbəti seçki AÇIQLAMASI

“Dünənki bir fikrimi yazılı şəkildə təkrar edim. Sadə vətəndaşların çoxu “parlament seçkilərinin nəticələrini tanımıram” sözünün ağırlığını anlamır. Onlar səmimi olaraq elə bilirlər ki, bu söz sadəcə seçkinin saxta keçdiyini ifadə edir. Amma elə deyil”.

Sozcu.az-ın xəbərinə görə, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov deyib.

“Sən bu seçkinin nəticələrini və bu parlamenti tanımırsansa, onda parlamentin təyin etdiyi vergiləri də rədd etməlisən. Məsələn, mağazada hər dəfə mal alanda qiymətin 18 faizini özündə saxlamalı və mağazaya verməmlisiniz. Ya da maaş alanda, maaşından çıxılan vergiləri də müdüründən tələb etməlisən. Amerika inqilabı deyirdi: “Təmsilçilik yoxdursa, vergi də yoxdur!” Vətəndaşlar anlamır (və anladan da yoxdur ki) bu parlamenti tanımırsansa, onda onun təyin etdiyi qanunlara, vergilərə, qaydalara və məhkəmələrə da tabe olmamalısan. Bəli, bu sözün siyasi və hüquqi yükü budur. Sözləri ucuzlaşdırmayaq. Pafosla deyilən hər söz arxasında tarixi məna durur. O tarixi mənaya uyğun hərəkət etmək gücündə hələ deyiliksə, onda o sözləri hələ deməyin faydası yoxdur. Bu parlament seçkiləri əvvəlkitək saxta və biabırçı tərzdə keçirilmişdir. Heç şübhəsiz. Seçkinin siyasi nəticələrini nəzərə alıb yeni, daha güclü siyasi dinamika qurmağa çalışmalıyıq” – İ.Məmmədov əlavə edib.

Facebook Comments