“Düşünmürəm ki, o görüşdə…” – Hakimiyyət-müxalifət təmaslarının pərdəarxası

Prezident Admnistrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə müxalifət adına çıxış edən partiyaların liderləri arasında keçirilən görüş gündəmin əsas müzakirə edilən məsələlərindən biridir. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra belə bir təmasın baş tutması ilə bağlı müxtəlif mülahizələr səsləndirilir.

İqtidarla barışmaz mövqedə dayanan müxalif qüvvələr görüşün imitasiya xarakteri daşıdığını, yeni ssenarinin başlanğıcı olduğunu söyələyənlərlə yanaşı hakimiyyətin opponentlərinə münasibətdə müəyyən dəyişikliklər etmək istədiyini söyləyənlər də var.

Bu məsələdə ən çox ittiham olunan Respublikaçı Alternativ Partiyasının (REAL) İlqar Məmmədovdur. İlqar Məmmədov görüş barədə məlumat yayar-yaymaz ittiham hədəfinə çevrilib. REAL sədrinin PA rəsmisi ilə görüşü ən yaxşı halda yanlış addım kimi, ən pis halda isə xəyanət kimi dəyərləndirilir.

Sozcu.az xəbər verir ki, Məsələni Yenisabah.az-a şərh edən siyasi analitik Azər Rəşidoğlu isə hesab edir ki, belə görüşlər normaldır. “Xəyanət, xəcalət, səfalət kimi epitetlərdən uzaq durmaq lazımdır. Bu məsələdə heç bir xəyanətdən söhbət gedə bilməz”, – deyə Azər Rəşidoğlu bildirib.

“Düşünmürəm ki, o görüşdə…” – Hakimiyyət-müxalifət təmaslarının pərdəarxasıBununla belə o hesab edir ki, bu tip görüşlərin medianın iştirakı ilə keçirilməsi daha məqsədəuyğundur: “Belə görüşlər medianın iştirakı ilə keçiriləcəyi təqdirdə qaranlıq məqamlar da olmaz”.

Hakimiyyətin birdən-birə belə addım atmasına gəlincə, Azər Rəşidoğlu hesab edir ki, bu, heç də fundamental məsələlərin müzakirəsinə həsr olunmuş görüş deyil. “Düşünmürəm ki, o görüşdə ölkənin siyasi həyatı ilə bağlı önəmli nə isə müzakirə edilsin. Uzaqbaşı partiyalar ofis problemindən danışacaq. Yeni şöbənin yeni rəhbəri də bu barədə yuxarı məruzə edəcək”, – deyə siyasi analitik vurğulayıb.

Facebook Comments