Pənah Hüseyn PA-ya çağırıldı

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Sozcu.az xəbər verir ki, bu barədə P.Hüseyn özünün paylaşıb.

O qeyd edib ki, bu gün Administrasiyanın binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı görüş olub.

AXP sədri görüşün təfərrüatını açıqlamayıb.

Facebook Comments