İrandan son xəbər şok etdi: 50 ölü…

İranda koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb.

Sozcu.az xəbər verir ki, bunu İran parlamentinin rəsmi nümayəndəsi Əsədulla Abbasi deyib. O, koronavirusdan ölənlərin sayının 12-yə çatdığını bildirib.

Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 8-ə çatdığı bildirilmişdi. Ölüm halları Qum, Mərkəzi və Mazandaranda qeydə alınmışdı.

Qeyri-rəsmi məlumatda isə koronovirusdan ölənlərin sayının 18 olduğu bildirilir.

***

İranda koronavirusdan ölənlərin sayı 50-yə çatıb.

Bunu İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər ölüb.

Millət vəkili Qumda koronavirusla mübarizənin nəticəsiz olduğunu bildirib:

“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur”.

Facebook Comments