ABŞ Hindistana 2 milyardlıq hərbi sistemlər verir

ABŞ Hindistana İADWS hava hücumundan müdafiə sistemlərini tədarük etmək istəyir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı Agentliyi yayıb.

Məlumata görə, tədarük edilməsi nəzərdə tutulan sistemlərin ümumi dəyəri 1,87 milyard dollardır. Tərəflər arasında müqavilə imzalanacağı təqdirdə İADWS sisteminə daxil olan 5 ədəd AN/MPQ-64Fl Sentinel radiolokasiya stansiyası, 118 ədəd AMRAAM AİM-120C-7/C-8 idarəolunan raketlərin, 132 ədəd FİM-92L Stinger raketlərinin Hindistana veriləcəyi bildirilib.

Facebook Comments