“YAP namizədinin vəkilləri jurnalistlərə mane olur”

Binəqədi 9-cu DSK-nın 29 saylı məntəqəsində müşahidəçilərə və jurnalistlərə çəkiliş aparmağa imkan verilmir.

Sozcu.az xəbər verir ki, Bunu jurnalist Seymur Kazımov deyir. Onun sözlərinə görə, YAP-ın namizədinin vəkilləri çəkiliş aparmaq istəyənlərə “şəxsi həyat” məsələsini xatırladırlar.

“İzah etdik ki, jurnalistin foto və video çəkiliş aparması qanunidir. Seçki ictimai proses olduğundan burada “şəxsi həyat” məsələsi ilə spekulyasiya etmək olmaz”, – deyə jurnalist öz “Facebook” hesabında yazıb.

Facebook Comments