Bir Luis Suares gedir, başqa Luis Suares gəlir

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə “Uotford”a məxsus olan və icarə əsasında “Saraqosa”da çıxış edən Luis Suareslə razılaşmağa yaxındır.

22 yaşlı hücumçu “Barselona”nın futbolçusu Luis Suaresin əvəzedicisi kimi görülür.

Qeyd edək ki, L.Suares “Saraqosa”nın heyətində 25 matçda 14 qol vurub və 3 qolun ötürməsini verib.(Qol.az)

Facebook Comments